BAKI, 6 iyul - Sputnik. Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu ilk yoxlama oyununu keçirib. Bu barədə Azərtac xəbər yayıb.
Baş məşqçi Laurentsiu Regekampfın komandası Türkiyə Birinci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bakı təmsilçisinin heyətində yeni transfer Qodsvey Donyo fərqlənib.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.