BAKI, 6 iyul — Sputnik. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 117,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 11,08 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 11,11 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 11,6 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 11,64 dollar/barel azdır.
Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Resessiya iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.