İDMAN

Atletimiz Fransadakı turnirdə qızıl medal qazanıb

2017-ci ildən Azərbaycan millisində çıxış edən Aleksis Kopello üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı "Meeting International de Sotteville 2022" yarışında 16.81 metr nəticə göstərib.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Azərbaycan atleti Aleksis Kopello Fransanın Sotteville-les-Rouen şəhərində keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanıb.
"Report"un məlumatına görə, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı "Meeting International de Sotteville 2022" yarışında 16.81 metr nəticə göstərib.
Qeyd edək ki, Kuba əsilli azərbaycanlı yüngül atlet Aleksis Kopello Azərbaycanı 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında təmsil edib və gümüş medal qazanıb.
O, həmdə 2008 və 2012-ci illərdə baş tutan Olimpiya Oyunlarında Kubanı təmsil edib.