BAKI, 5 iyul — Sputnik. Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu keçirilib.
Report-un məlumatına görə, Poznandakı eyniadlı stadionda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
41-ci dəqiqədə Mikhael İshak meydan sahiblərini önə çıxarıb. Beləliklə, "Qarabağ" fasiləyə məğlub yollanıb.
İkinci hissədə hesabı bərabərləşdirmək mümkün olmayıb və Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk görüşdə Polşa çempionuna uduzub.
Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edib.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda baş tutacaq.