BAKI, 5 iyul - Sputnik. "Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil".
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
MN-dən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb: “Bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır”.