BAKI, 4 iyul - Sputnik. Rusiyalı alimlər amerikalı həmkarları ilə birgə döş xərçənginin müalicəsi üçün yeni üsul təklif ediblər. Tədqiqatın nəticələrinə görə xərçəng hüceyrələrini hüceyrə entozuna (özünü məhv etmək və ya bir-birini yemək) kömək edən preparat vasitəsi ilə effektiv şəkildə məhv etmək olar. Bu barədə TASS Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
İş prosesində mütəxəssislər şiş hüceyrələrinə bu yaxınlarda məlum olan etnoz metodunu tətbiq ediblər. Bunun sayəsində onlarda "özünü məhv etmə" prosesinə başlamağa müvəffəq olublar.
Bu texnologiya onkoloji şişlərə aqressiv şəkildə hücum edən disulfiram, yəni alkoqol asılılığına qarşı müalicə üçün istifadə olunan dərman vasitəsi ilə həyata keçirilib. Daha sonra bu maddə süd vəzi xərçəngi üzərində də sınaqdan keçirilib.
Nəticələr göstərir ki, disulfiram yüksək dozalarda və uzun müddətli istifadədə neoplazmanı məhv etməyə qadirdir. Həkimlərin fikrincə, kimyaterapiya kömək etmədiyi təqdirdə bu üsul effektiv həll yolu olacaq.
2022-ci ilin dekabrında Harvard Tibb Məktəbi və Boston Uşaq Xəstəxanasında disulfiramdan həmçinin koronavirus infeksiyasından müalicədə və ölüm riskini azalda biləcək vasitə kimi istifadə etmək mümkün olduğunu qeyd ediblər.