BAKI, 4 iyul — Sputnik. Saatlı rayonunda kütləvi zəhərlənmə olub. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, Saatlı rayonunun Nəsimikənd kəndindən dəqiqləşdirilməmiş kimyəvi zəhərlənmə diaqnozu ilə 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Xatırladaq ki, bir müddət əvvəl Beyləqanda 15 nəfər pambığa alaq otuna qarşı dərman vurularkən zəhərləndiklərindən rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Qeyd edilən faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.