BAKI, 3 iyul - Sputnik. Rusiya Silahlı Qüvvələri Lisiçansk və yaxınlıqdakı bəzi yaşayış məntəqələri üzərində tam nəzarət ələ keçiriblər. Onlardan ən böyüyü Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qoradır.
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu RF Prezidenti Vladimir Putinə "Luqansk Xalq Respublikası"nın azad edilməsi barədə məlumat verib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə bildirilib.
"Bu gün, 3 iyul 2022-ci ildə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə "Luqansk Xalq Respublikası"nın azad edilməsi ilə bağlı məruzə edib", - deyə nazirlik bildirib.
Müdafiə Nazirliyində qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri və "LXR"nin Xalq Milisi Lisiçansk və yaxınlıqdakı bir sıra yaşayış məntəqələri üzərində tam nəzarət ələ keçiriblər, onlardan ən böyüyü Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qoradır.
"Son 24 sutka ərzində "azad edilən" ərazilərin ümumi sahəsi 182 kvadrat kilometr təşkil edib", - deyə Rusiya Müdafiə Nazirliyi vurğulayıb.