RUSİYA

Kreml Xəzər “beşliyi” ilə ticarətin artmasını qarşılıqlı faydalı hesab edir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Mərkəzi Asiya ölkələri, Belarus və digər müttəfiqləri Rusiyaya bir çox cəhətdən dayaq verirlər.
Sputnik
BAKI, 3 iyul - Sputnik. Ticarət dövriyyəsi bir istiqamətdə azalırsa, digər istiqamətdə kompensasiya edilir. Orta Asiya ölkələri, Belarus bir çox cəhətdən Rusiyaya dayaq verir və hər şey istisnasız olaraq qarşılıqlı faydalı əsasda baş verir.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Xəzər sammitində Rusiya ilə ticarət dövriyyəsinin kəskin artması ilə bağlı bəyanatları şərh edərkən deyib.
"Ticarət dövriyyəsinin artımı tamamilə qarşılıqlı faydalı prosesdir. Ticarət dövriyyəsi bir istiqamətdə azalırsa, digər istiqamətdə kompensasiya olunur. Əlbəttə, Mərkəzi Asiya ölkələri, Belarus, bizim digər tərəfdaşlarımız və müttəfiqlərimiz, bir çox cəhətdən bizə dayaq verirlər”, - Peskov “Rossiya 1” telekanalında yayımlanan “Moskva.Kreml.Putin” proqramında Pavel Zarubinə müsahibəsində deyib.
"Bütün bunlar yalnız qarşılıqlı faydalı əsasda baş verir", - Kreml təmsilçisi əlavə edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iyulun 29-da Aşqabadda keçirilən altıncı Xəzər sammitində iştirak edib.
RUSİYA
Lavrov: "Xəzər "beşliyi" ölkələri bu barədə razılığa gəliblər"