RUSİYA

Kiyev Moskvanı cavab zərbəsi vurmağa təhrik edir - Rusiya XİN

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Kiyev Moskvanı təxribata çəkdirmək üçün yaşayış məntəqələrinə hücum edir.
Sputnik
BAKI, 3 iyul - Sputnik.Kiyevin yaşayış məntəqələrinə zərbələr endirməsi ona cavab zərbələrinin endirilməsinə təhrik xarakteri daşıyır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Belqorod şəhərinə endirilən zərbələri şərh edərkən bildirib.
O, "Rossiya 24" telekanalının efirində deyib:
"Kiyev rejiminin məqsədi idarə olunmayan silahlarla şəhərlərin yaşayış məntəqələrinə zərbələr endirməkdir. Bu, birinci dəfə deyil ki, baş verir".
"Biz başa düşürük ki, Kiyevdəki rejimin bu hərəkətləri təkcə onun Qərb kuratorları ilə razılaşdırılmır. Çox güman ki, onlar buna təhrik edilir. Bu ona görə edilir ki, bizi cavab zərbələri endirməyə sövq etsinlər, sonra antirusiya isteriyasını daha da gücləndirsinlər”, - Zaxarova deyib.
Qeyd edək ki, Rusiyanın Ukrayna ilə sərhədyanı şəhəri olan Belqorodda silsilə partlayışlar baş verib. Nəticədə mülki vətəndaşlardan 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, əvvəl Belqorodda silsilə güclü səslər eşidilib. Mayakovski küçəsi, 23 ünvanında fərdi yaşayış binasına od düşüb. Zərərçəkənlər Ehtimal ki, hava hücumundan müdafiə sistemi işə salınıb.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Belqorodda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var