BAKI, 3 iyul - Sputnik. İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.
Altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub. Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0. Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3.

Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib. Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub. Xatırladaq ki, Cəbrayıl ötən il Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.
Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub - 3:5. Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.
Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub. Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət komandamız qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb (Report).