PAYTAXT XƏBƏRLƏRİ

Tarixi tikiliyə olan vandalizmin qarşısı alınıb

Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə aparılan tikinti işləri dayandırlıb.
Sputnik
BAKI, 2 iyul — Sputnik. Bakı şəhərində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin yaydığı məlumata görə, BŞİH-nin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Müəyyən olunub ki, Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib.
Vurğulanıb ki, tarixi binanın üzərində hansısa tikinti işlərinin aparılması yolverilməzdir.
Kommunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər. Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.