RUSİYA

"Rospotrebnadzor" Rusiyada COVID-19 məhdudiyyətlərini ləğv edib

Eyni zamanda, departament vurğulayıb ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, "məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər".
Sputnik
BAKI, 1 iyul — Sputnik. Rusiyada epidemioloji vəziyyətin yaxşılaşması fonunda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər, xüsusən də maska rejimi ləğv edilir. Bu barədə "Rospotrebnadzor" xəbər verir.
"Epidemioloji prosesin intensivliyinin azalması ilə əlaqədar olaraq, bu yaxınlarda "Rospotrebnadzor" tətbiq edilmiş məhdudiyyətləri, o cümlədən maska rejimi, gecə vaxtı ümumi iaşə işinə və bir sıra digər tədbirlərin fəaliyyətinə qadağanı ləğv edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.
Beləliklə, bu yaxınlarda "Rospotrebnadzor"un rəhbəri Anna Popova tərəfindən tətbiq edilən maskaların məcburi taxılması, kütləvi tədbirlərin keçirilməsinə qadağa və ictimai iaşə yerlərində məhdudiyyətlər ləğv edilir.
Eyni zamanda, departament vurğulayıb ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, "məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər". Xəstəliklərin vaxtında aşkar edilməsi və epidemiya prosesinin monitorinqi üçün epidemiya əleyhinə tədbirlər də davam etdirilir.