https://sputnik.az/20220701/rospotrebnadzor-rusiyada-covid-19-mehdudiyyetlerini-legv-edib-443580935.html
"Rospotrebnadzor" Rusiyada COVID-19 məhdudiyyətlərini ləğv edib
"Rospotrebnadzor" Rusiyada COVID-19 məhdudiyyətlərini ləğv edib
Sputnik Azərbaycan
Eyni zamanda, departament vurğulayıb ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, "məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər". 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T12:50+0400
2022-07-01T12:50+0400
2022-07-01T12:50+0400
rusiya
rusiya
koronavirus
məhdudiyyət
https://cdnn1.img.sputnik.az/img/42414/78/424147823_0:0:3072:1728_1920x0_80_0_0_ff75d8a79e5d3a11325a5732ee2f28c4.jpg
BAKI, 1 iyul — Sputnik. Rusiyada epidemioloji vəziyyətin yaxşılaşması fonunda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər, xüsusən də maska rejimi ləğv edilir. Bu barədə "Rospotrebnadzor" xəbər verir."Epidemioloji prosesin intensivliyinin azalması ilə əlaqədar olaraq, bu yaxınlarda "Rospotrebnadzor" tətbiq edilmiş məhdudiyyətləri, o cümlədən maska rejimi, gecə vaxtı ümumi iaşə işinə və bir sıra digər tədbirlərin fəaliyyətinə qadağanı ləğv edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.Beləliklə, bu yaxınlarda "Rospotrebnadzor"un rəhbəri Anna Popova tərəfindən tətbiq edilən maskaların məcburi taxılması, kütləvi tədbirlərin keçirilməsinə qadağa və ictimai iaşə yerlərində məhdudiyyətlər ləğv edilir.Eyni zamanda, departament vurğulayıb ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, "məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər". Xəstəliklərin vaxtında aşkar edilməsi və epidemiya prosesinin monitorinqi üçün epidemiya əleyhinə tədbirlər də davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42414/78/424147823_341:0:3072:2048_1920x0_80_0_0_42bd4b1f374392eb9e2566743b3e0b99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, koronavirus, məhdudiyyət
rusiya, koronavirus, məhdudiyyət
"Rospotrebnadzor" Rusiyada COVID-19 məhdudiyyətlərini ləğv edib
Eyni zamanda, departament vurğulayıb ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, "məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər".
BAKI, 1 iyul — Sputnik. Rusiyada epidemioloji vəziyyətin yaxşılaşması fonunda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər, xüsusən də maska rejimi ləğv edilir. Bu barədə "Rospotrebnadzor" xəbər verir.
"Epidemioloji prosesin intensivliyinin azalması ilə əlaqədar olaraq, bu yaxınlarda "Rospotrebnadzor" tətbiq edilmiş məhdudiyyətləri, o cümlədən maska rejimi, gecə vaxtı ümumi iaşə işinə və bir sıra digər tədbirlərin fəaliyyətinə qadağanı ləğv edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.
Beləliklə, bu yaxınlarda "Rospotrebnadzor"un rəhbəri Anna Popova tərəfindən tətbiq edilən maskaların məcburi taxılması, kütləvi tədbirlərin keçirilməsinə qadağa və ictimai iaşə yerlərində məhdudiyyətlər ləğv edilir.
Eyni zamanda, departament vurğulayıb ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, "məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər". Xəstəliklərin vaxtında aşkar edilməsi və epidemiya prosesinin monitorinqi üçün epidemiya əleyhinə tədbirlər də davam etdirilir.