RUSİYA

Putin: Qərbin sanksiya təzyiqi bizi birləşmə proseslərini sürətləndirməyə sövq edir

Rusiya prezidenti bildirib ki, birlikdə qeyri-qanuni sanksiyalardan zərəri minimuma endirmək, tələb olunan məhsulların istehsalına yiyələnmək daha asandır.
Sputnik
BAKI, 1 iyul — Sputnik. Rusiya və Belarus tərəfdaşlıq münasibətlərinin nümunəvi səviyyəsinə çatıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Qrodnoda keçirilən IX Regionlar Forumunun iştirakçılarına videomüraciətində bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Regionlar Forumu kimi tədbirlər Belarus və Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafına böyük töhfə verir, regional və yerli hakimiyyət orqanlarının nümayəndələri, biznes ictimaiyyəti, təhsil işçiləri arasında birbaşa əlaqələrin qurulmasına kömək edir.
"Biz həqiqətən nümunəvi strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə nail ola bildik və İttifaq Dövləti həqiqətən qarşılıqlı faydalı və bərabərhüquqlu inteqrasiya nümunəsidir", - deyə Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, Rusiya Belarus iqtisadiyyatına kapital qoyuluşuna (dörd milyard dollardan çox) görə birinci yerdədir. Bundan əlavə, Belarusda Rusiyanın iştirakı ilə 2,5 minə yaxın şirkət fəaliyyət göstərir.
Rusiya Federasiyasının prezidenti Qərbin sanksiyaları və siyasi təzyiqləri ilə bağlı məsələlərə də toxunub.
""Kollektiv Qərb" adlanan qurumun görünməmiş siyasi və sanksiya təzyiqi bizi birləşmə proseslərini sürətləndirməyə sövq edir. Birlikdə qeyri-qanuni sanksiyalardan zərəri minimuma endirmək, tələb olunan məhsulların istehsalına yiyələnmək daha asandır. Bu, yeni bacarıqları inkişaf etdirir və dost ölkələrlə əməkdaşlığı genişləndirir", - deyə Putin vurğulayıb.
Yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi xüsusi maraq doğurur. Bundan əlavə, ölkələr gübrə və ərzaq ixracında əməkdaşlıq edəcək, Belarus mallarının tədarükü üçün Baltik limanından istifadə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiyanın dünyada çoxlu həmfikirləri var - Putin