“Bunun Donbasda, Ukraynada hərbi əməliyyatımızla heç bir əlaqəsi yoxdur, hər şey bir il əvvəl başlayıb və Qərb ölkələrinin yanlış enerji siyasəti ilə bağlıdır. Enerji sahəsindəki bu aşkar səhvlər nəticəsində gübrə istehsalı üçün əsas məhsullardan biri olan qazın qiyməti "göyün üzünə" qalxıb. Qiymətlər qalxıb. Bir çox şirkət sadəcə olaraq bağlanıb, çünki bu məhsulların istehsalı iqtisadi cəhətdən məqsədəuyğun deyildi”, - deyə Putin bildirib.
“Son vaxtlar Ukrayna taxılının ixracı ilə bağlı məsələ aktiv şəkildə müzakirə olunur. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bu, 6 milyon ton buğda, bizim məlumatlarımıza görə, haradasa 5 milyon ton civarındadır. Dünyada hasilatın həcmini - 800 milyon tonunu nəzərə alsaq, onda başa düşürük ki, bu, dünya bazarlarına heç bir şəkildə təsir göstərməyən elə bir miqdardır. Bu, dünyada istehsal olunan bütün ərzaq məhsullarının təxminən 2,5%-ni və 0,5%-ni təşkil edir”.