HƏRBİ

Azərbaycan və Latviya hərbi əməkdaşlıq edəcək?

Minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 30 iyun — Sputnik. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə qonaqlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Sonda minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.