Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Latviya hərbi əməkdaşlıq edəcək?

© AR Ministry of DefenceAzərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.
BAKI, 30 iyun — Sputnik. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə qonaqlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Sonda minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0