BAKI, 30 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
"Azeri Light" markalı neftin qiyməti 2,13 dollar artaraq 126,81 dollar olub.
London birjasında "Brent" markalı neftin qiyməti 0,17 dollar azalaraq 116,09 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,07 dollar bahalaşaraq 109,85 dollar olub.
Ukraynada baş verənlərin təsiri ilə ilin əvvəlki dövrlərində bahalaşma müşahidə edilən neft qiymətləri iyun ayında ucuzlaşıb.
Mərkəzi bankların uçot dərəcələrini artırmasının dünya iqtisadiyyatında resessiyaya gətirib çıxaracağı ilə bağlı narahatlıqlar var.
Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Resessiya, iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.