İDMAN

Dünyanın keçmiş birinci "raketka"sı "ABŞ Open" turnirində oynamaq istəyir

"Böyük dəbilqə"nin 23 titulunu qazanmış Serena Uilyams 40 yaşındadır.
Sputnik
BAKI, 29 iyun — Sputnik. Dünyanın keçmiş birinci "raketka"sı 40 yaşlı Serena Uilyams "ABŞ Open" böyük tennis turnirində oynamaq niyyətini açıqlayıb.
Bundan əvvəl "wild card" alan 40 yaşlı Uilyams Uimbldonun ilk tur matçında fransalı Harmoni Tana uduzmuşdu. Bu görüş amerikalı üçün 2021-ci ilin yayından bəri ilk görüş idi. "ABŞ Open" turniri avqustun 29-dan sentyabrın 11-dək davam edəcək.
"Evdə, xüsusən Nyu-Yorkda ilk Böyük dəbilqə titulumu qazandığım "ABŞ Open" turnirində oynadığım anlar xüsusi bir hiss idi. İlk dəfə həmişə ən maraqlı olur, ona görə də evdə daha yaxşı oynamaq üçün, təkmilləşmək üçün böyük bir motivasiyam var", - deyə qadın tennis assosiasiyasının (WTA) veb saytı Uilyams-ın sözlərini sitat gətirir.
Hazırkı yarışın onun üçün Uimbldonun karyerasında sonuncu turnir olub-olmadığı sualına tennisçi cavab verməyib.
Uilyams dünyanın keçmiş birinci "raketka"sıdır. Karyerası ərzində o, "Böyük dəbilqə"nin 23 titulunu qazanıb.