RUSİYA

NATO ölkələri çoxdan Rusiyanı düşmən elan ediblər - Lavrov

Rusiya XİN rəhbərinin fikrincə, alyans Rusiyanı təhdid kimi görsə, ABŞ və NATO-nun siyasətində heç nə dəyişməyəcək.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Rusiya NATO sammitindən xeyli əvvəl alyansın düşməni elan edilib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"NATO sammitinə hazırlaşanların bizi təhdid edib, Çinə sistemli çağırış etmək planlarına gəlincə, NATO sammiti çağırılmamışdan çox əvvəl Rusiya düşmən elan edilib", - Lavrov deyib.
Onun fikrincə, alyansın Rusiyaya qarşı təhdidləri davam etsə, bu o deməkdir ki, ABŞ və NATO-nun siyasəti heç bir şəkildə dəyişməyəcək.
"Bu, bizim üçün təəccüblü deyil. ABŞ və onun peyklərinin praktiki siyasətinə yeni heç nə gətirməyəcək, - deyə Rusiya XİN başçısı bildirib.
RUSİYA
Lavrov: "Xəzər "beşliyi" ölkələri bu barədə razılığa gəliblər"