BAKI, 28 iyun - Sputnik. Rusiyanın paytaxtı Moskvada 100 yaşdan yuxarı təxminən 700 pensiyaçı yaşayır, ən yaşlı moskvalının isə 107 yaşı var. Bu barədə RİA Novosti-yə Rusiya paytaxtının Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin mətbuat xidmətindən məlumat verilib.
“Yaşı 80-dən yuxarı 389.900-dən çox, 90 yaşdan yuxarı 55.600 və 100 yaşdan yuxarı 684 nəfər sosial təminat orqanlarında qeydiyyatdadır. Ən yaşlı moskvalının isə 107 yaşı var”, - deyə mətbuat xidmətindən bildirilib.
Pensiyaçılar, arxiv şəkli
© Depositphotos.com / SeventyFour
Məlumatda bildirilir ki, yaşı 89-dan yuxarı olan Moskva sakinlərinin 109,6 min nəfəri kişi, 336,6 min nəfəri isə qadınlardır.
Departamentdən onu da qeyd ediblər ki, hazırda Moskvada pensiyaçıların ümumi sayı 3 milyon nəfərdən çoxdur. Bu o deməkdir ki, şəhərin hər dördüncü sakini pensiyaçıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.