BAKI, 28 iyun — Sputnik. G7 ölkələri sanksiyaların qida sektoruna təsir etməyəcəyinə zəmanat veriblər. Üzv ölkələr ərzaq məhsullarının Rusiyadan sərbəst tədarükünə mane olmamasını təmin edəcəklərini bildiriblər. Bu barədə TASS G7 liderlərinin qlobal ərzaq təhlükəsizliyinə dair birgə bəyanatına istinadən xəbər verir.
Sənəddə deyilir: "Biz sanksiyalar paketlərinin qida sektoruna təsir göstərməməsini və ərzaq məhsullarının, o cümlədən Rusiyadan sərbəst tədarükünə, habelə humanitar yardımın göstərilməsinə davam edəcəyik".
Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida G7 sammiti zamanı bildirmişdi ki, Yaponiya hökuməti qlobal ərzaq böhranı ilə mübarizə üçün 200 milyon dollar ayırmağı planlaşdırır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin BRİKS Plus formatında keçirilən görüşdə Rusiya Federasiyasının bütün müqavilə öhdəliklərini yerinə yetirməyə və dünya bazarlarına gübrə, enerji daşıyıcıları və taxıl tədarük etməyə hazır olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.