BAKI, 27 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin iyunun 28-də Tacikistana səfəri zamanı ölkə başçısı Emoməli Rəhmonla Tacikistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması məsələsini müzakirə edə bilər. RİA Novosti xəbər verir ki, bunu bazar ertəsi brifinqdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Biz tacik dostlarımız və həmkarlarımızla bu məsələni daim müzakirə edirik. Müxtəlif səviyyələrdə biz Aİİ daxilində inteqrasiyanın üstünlüyünü göstəririk. Həmkarlarımız bu məsələni öyrənirlər. Təbii ki, müəyyən dərəcədə prezidentlər arasında təmas ona da təsir edəcək”, - deyə Uşakov bildirib.
Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putinin gələn həftə Tacikistana səfər edəcəyi barədə Rusiya KİV-lərində məlumat yayılıb.
O da bildirilirdi ki, bu həftə Rusiya Prezidenti Xəzər sammitində iştirak etmək üçün Türkmənistan paytaxtı Aşqabada da səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.