RUSİYA

Putin G20 sammitinə dəvət alıb

Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı hələlik yekun qərar yoxdur.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Coko Vidododan noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində əyani formatda iştirak etmək üçün dəvət alıb və Rusiya tərəfi müsbət cavab verib. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bugünkü brifinqdə deyib.
RF Prezidentinin köməkçisi Yuri Uşakov, arxiv şəkli
“Biz rəsmi dəvət aldıq və indoneziyalıların müvafiq Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alsaq, bu, çox vacibdir. Bütün bunlar təbii ki, iyunun 30-da da müzakirə olunacaq (Putinlə Vidodonun Kremldəki görüşündə - red.) Amma bizim prezidentimiz dəvət aldı və biz də müsbət cavab verdik, iştirakda maraqlı olduğumuzu bildirdik”, - deyə Uşakov bildirib.
Eyni zamanda Prezidentin köməkçisi qeyd edib ki, Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı yekun qərar olmasa da, sammitə qədər hələ çox vaxt var:
“Hələlik tam ştat formatında dəvət edirlər. Ancaq hələ çox vaxt var və ümid edirəm ki, pandemiya bu çox vacib forumu əyani formatda keçirməyə imkan verəcək. Qabaqcadan danışmağa qorxuram. Sadəcə, bəzi ölkələr pandemiya kontekstində hələ də bağlıdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.