BAKI, 27 iyun - Sputnik. Kompüter qarşısında 2 saatdan çox oturmaq ürək xəstəliklərinin yaranmasına səbəb olur. Xarici KİV-lərin məlumatına görə, belə bir qənaətə Honkonq universitetinin alimləri gəlib.
Belə ki, bununla bağlı universitet alimləri 400 min britaniyalının genetik tibbi informasiyasını təhlil edib.
İlkin mərhələdə onlardan heç birində insult və ürək xəstəliyi aşkarlanmasa da, beş il sonrakı nəticə fərqli olub.
Belə ki, qeyd olunan müddətdən sonra ürək xəstəlikləri müşahidə olunanların sayı 9000 nəfəri keçib.
Xəstələnən və sağlam qalan şəxslər arasında müqayisəli təhlillər aparılıb - onların yaşı, həyat tərzi, çəkisi, zərərli vərdişlərinin olub-olmaması öyrənilib.
Bəlli olub ki, gündə 3-4 saat və daha çox televizor, kompüter qarşısında vaxt keçirən şəxslərdə monitor qarşısında cəmi 1-2 saat keçirənlərə nisbətdə ürək xəstəliyi riski 16% yüksək, insult riski 10% çoxdur.
Alimlər onu da qeyd edir ki, insan komputer və televizor qarşısında keçirdiyi vaxtı 2 dəfə azaltsa, gəkəcəkdə ürəyin işemik xəstəliyinin qarşısının alınması ehtimalı 11% azala bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.