RUSİYA

Rusiya Prezidenti Orta Asiya ölkələrinə səfər edəcək - TV

Rusiya dövlət başçısının Türkmənistanda keçiriləcək Xəzər sammitində də iştirak edəcəyi bildirilir.
Sputnik
BAKI, 26 iyun - Sputnik. Gələn həftə Rusiya prezidenti Vladimir Putinin Tacikistana səfər edəcəyi gözlənilir. Bu barədə "Rossiya 1" kanalında "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.
"Putin ilk olaraq bu həftə Düşənbəyə uçacaq. Tacikistan prezidenti Rəhmonla əhateli danışıqlar, o cümlədən söhbət və işgüzar nahar nəzərdə tutulub", - deyə proqramda bildirilib.
Aktauda keçirilmiş beşinci Xəzər sammitindən kadr, arxiv şəkli
O da bildirilib ki, bu həftə Rusiyanın dövlət başçısı Kremldə İndoneziya prezidenti Coko Vidodo ilə də danışıqlar aparacaq, daha sonra isə Xəzər sammitində iştirak etmək üçün Türkmənistan paytaxtı Aşqabada səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.