RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Prezidentə vəziyyətlə bağlı gündəlik məlumat verilir - Peskov

Bazar günü Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qrupunu yoxlayaraq komandirlərin hesabatlarını dinləyib.
Sputnik
BAKI, 26 iyun - Sputnik. "Müdafiə naziri hər gün vəziyyətlə bağlı prezidentə hesabat verir". RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RF müdafiə nazirinin Ukraynada həyata keçirilən əməliyyatda iştirak edən hərbçilərin təftişi ilə bağlı hesabatın planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavabında deyib.
"Müdafiə naziri hər gün prezidentə hesabat verir", - deyə Peskov bildirib.
Bazar günü Müdafiə Nazirliyi məlumat yayıb ki, Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qrupunu yoxlayıb, komandirlərin hesabatlarını dinləyib və Donbasda tapşırıqları yerinə yetirərkən qəhrəmanlıq göstərən hərbçilərə mükafatlar təqdim edib.
Rusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.