BAKI, 26 iyun - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Boris Consonun Ukraynadakı münaqişənin həllinə hər hansı cəhdin dünyada qeyri-sabitliyin artmasına gətirib çıxaracağı ilə bağlı bəyanatını dəhşətli adlandırıb.
“Britaniya siyasi yumorunun nə olduğunun ən yaxşı izahı budur - zülmət, məntiqsiz, çox vulqar. Əvvəlcə bu cür dəhşətli bəyanatların prinsipcə mümkün olduğuna inanmaqdan imtina edirsən, amma sonra xatırlayırsan ki, söhbət “liberal demokratik monarxiya” rejimindən gedir və hər şey öz yerinə düşür”, - deyə diplomat bazar günü özünün Telegram kanalında Consonun Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı verdiyi açıqlamanı şərh edərkən yazıb.
Bir qədər əvvəl Fransa lideri ilə görüşdə Conson bildirib ki, hazırkı mərhələdə Ukraynadakı münaqişənin həlli cəhdləri yalnız dünyada qeyri-sabitliyin qorunmasına və Moskvanın mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.
Conson və Makron Almaniyanın cənubundakı Elmau qəsrində Yeddilik Qrupu (G7) başçılarının görüşündə iştirak edirlər.
Üç gün davam edəcək danışıqların əsas mövzusunun Ukraynadakı vəziyyət və anti-Rusiya sanksiyalarının nəticələri olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.