"Üstü bağlansa, yaxşı olardı. Zibil atılmazdı, təmiz qalardı. Maşınlar da düşür, sürücülər bilmirlər, düşürlər. Qışda qar yağır, sürücülər bilmir ki, orada arx var, ya yox. Avtomobil düşür ora. Xüsusən də şəhərə yad olan sürücülər bu cür hallarla daha çox rastlaşırlar", - deyə C.Əliyev qeyd edib.
"Arxların üstünün açıq olması yaxşı deyil. Burada yaşayan adamam. Bizim tərəflər də soyuq yerlərdir. Qışda yol buz bağlayanda maşın azca sürüşsə, düşür arxa. İki il əvvəl güclü qar yağanda maşın sürüşüb getdi. Ön təkəri arxa düşüb dayandı. Xoşbəxtlikdən çox ziyan dəymədi. Üstünü dəmir barmaqlıqla və ya müəyyən bir vasitəylə bağlamaq olar. Onda təhlükəsiz olar", - deyə sürücü əlavə edib.
"Tenderdə sifarişçi tərəfindən küçələrin təmiri ilə yanaşı, yolların kənarlarındakı arxların üstünün örtülməsi tələbi də qoyulub. Tender proseduru başa çatan kimi podratçı təşkilat həmin işləri həyata keçirəcək. Bütün bunlar təxminən 1 ay ərzində həyata keçiriləcək", - deyə icra nümayəndəliyindən bildirilib.