BAKI, 25 iyun - Sputnik. Azərbaycanın sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirini 9 medalla başa vurublar.
86 kq-da Abubakr Abakarov finalda gürcüstanlı Tarzan Maysuradzeni 3:2 hesabı ilə yenib.
92 kq-da isə Gürcüstanın digər təmsilçisi həlledici qarşılaşmaya çıxmadığından Osman Nurməhəmmədov texniki qələbə sayəsində qızıl medala yiyələnib.
***
Azərbaycanın sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində daha 2 medal qazanıblar.
74 kq-da mübarizə aparan Turan Bayramov finalda slovakiyal Teymuraz Salkazanova 0:4 hesabı ilə uduzaraq, ikinci yerlə kifayətlənib.
Eyni çəkidə yarışan Xadjimurad Qadjiyevin bürünc medal görüşündəki türkiyəli rəqibi Fazlı Eryılmaz döşəyə çıxmadığından Azərbaycan təmsilçisinə qələbə verilib.
Cəbrayıl Qadjiyev isə 3-cü yer uğrunda qarşılaşmada israilli Miçel Finesilverlə bacarmayıb - 3:5.
20:50
Azərbaycanın 70 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində 1 dəst medal qazanıblar.
Finalda Murad Yevloyevi 6:1 hesabı ilə məğlub edən Coşqun Əzimov qızıl medala sahib çıxıb.
Azərbaycanın titullu güləşçisi Hacı Əliyev isə 3-cü yer uğrunda qarşılaşmada Servet Coşkuna qalib gəlib.
Bununla da sərbəst güləşçilərin qazandıqları medalların sayı 5-ə çatıb.
20:38
Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində bürünc medal qazanıb.
65 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı Nikolay Oxlopkova 4:1 hesabı ilə qalib gəlib.
61 kq-da yer alan İslam Bazarqanov isə bürünc medal görüşündə gürcüstanlı Teymuraz Vanişviliyə uduzub - 3:7.
20:13
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində final görüşünə çıxıb.
57 kq çəki dərəcəsində rəqib almaniyalı Horst Ler olub. Qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan Rzazadə qızıl medal qazanıb.
Qeyd edək ki, bu gün həmçinin, Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov (74), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq) qızıl, İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə (65 kq), Cəbrayıl Qadjiyev və Hadjimurad Qadjiyev (hər ikisi 74 kq) bürünc medal uğrunda yarışacaq (Report).