BAKI, 24 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik canlı yayıma çıxışı bir qədər gec baş tutacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, prezidentin illik birbaşa xəttinin keçirilməsi ideyası var. Bu, ictimaiyyət tərəfindən tələb olunur. Lakin tədbir bir az gec baş tutacaq.
"Birbaşa xətt - mütləq olacaq. Bu, unudulmayıb, üstəlik, tələb olunur. Hazırda prezidentin çoxlu mühüm tədbirləri var. Buna görə də, bir az gec olacaq. Amma bu, mütləq olacaq", - deyə Peskov bildirib.
Bu yaxınlarda Peskov bildirib ki, prezidentin rusiyalılarla bu formatda ünsiyyəti iyuldan tez baş tutmayacaq. Dəqiq tarix müəyyən edilməsə də, müntəzəm hazırlıqlar aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.