DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların əleyhinədir - Orban

Macarıstanın baş naziri deyib ki, yeni sanksiyalar Avropada iqtisadi vəziyyəti isə daha da pisləşdirəcək.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləmir, çünki hesab edir ki, onlar Ukraynada sülhün bərqərar olmasına kömək etməyəcək və Avropada iqtisadi vəziyyəti daha da pisləşdirəcək.
Bunu cümə günü Brüsseldə davam edən Aİ sammitində iştirak edən Macarıstanın baş naziri Viktor Orban deyib.
"İndi yeni sanksiyalar deyil, sülh lazımdır, çünki müharibə inflyasiyasının yeganə dərmanı sülhdür. Biz sülhə "hə", gələcək sanksiyalara isə "yox" deyirik", - deyə Orban Facebook* səhifəsindəki videomüraciətində bildirib .
Cümə günü, Aİ-nın Brüsseldə keçirilən sammitinin ikinci günündə onun iştirakçıları Avropanın maliyyə-iqtisadi vəziyyətini, o cümlədən sanksiyaların nəticələrini, enerji təchizatı ilə bağlı problemləri və inflyasiyanın qarşısının alınmasını müzakirə etməyi planlaşdırırlar.
Onlar Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı yeni sanksiyaları qəbul etmək fikrində deyillər.
* Rusiya Federasiyasında ekstremist kimi tanınan Meta korporasiyasına məxsus olduğu üçün Rusiyada qadağan olunub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.