SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Bakıda nədən danışıb?

Rusiyanın xarici işlər naziri bildirib ki, Minsk qrupu fəaliyyətini dayandırıb və bu, ABŞ-ın təşəbbüsü ilə baş verib.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.
"Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk", - Lavrov deyib.
O, dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirildiyini vurğulayıb.
Onun sözlərinə görə, payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri festivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq.
"Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb", - XİN başçısı diqqətə çatdırıb.
Rusiya XİN rəhbəri ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırdığını açıqlayıb. O, bunun ABŞ-ın təşəbbüsü ilə baş verdiyini vurğulayıb.
Lavrov Azərbaycan rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyata balanslı və məsuliyyətli münasibətinin yüksək qiymətləndirildiyini bildirib.
“Biz Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razıyıq”, - deyə o bildirib.
SİYASƏT
Bayramov Lavrovla görüşdən sonra: "Üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır"