BAKI, 23 iyun — Sputnik. “Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib.
APA-nın məlumatına görə, iyulun 21-i “AEK Arena”da baş tutacaq “Aris” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
İyulun 28-i “Bakcell Arena”da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, bir neçə ün öncə adıçəkilən klubun, Limasol təmsilçisinin prezidenti Lisandros Linsadro rəqibi haqda mediaya açıqlama verib, bildirib ki, belə bir komanda ilə üz-üzə gəlmək inanılmaz hissdir. O fikriin onların çoxlu titullarının olması ilə əsaslandırıb. Bildirib ki, "Neftçi" rəqib olaraq çətin komandadır.