BAKI, 22 iyun — Sputnik. Ali məktəblərin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələri ilə əməkdaşlığa dair keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün əmək bazarında kifayət qədər vakansiya və işaxtaran olsa da, həmin yerlər tutulmur və insanlar işsiz qalır: "Bu da ondan irəli gəlir ki, həmin şəxslər tələbləri ödəmirlər və onların bacarıqları əsasən nəzəri biliklər əsasında formalaşır. Biz istəyirik ki, tələbələrimiz lazımi peşə bacarıqlarına da sahib olsunlar. Lakin ali təhsil müəssisələrindəki kurikulumlarımız nə yerli, nə də beynəlxalq kvalifikasiyalara uyğun gəlir".