BAKI, 21 iyun — Sputnik. S-500 Prometey hava hücumundan müdafiə sistemləri Rusiya Silahlı Qüvvələrinin sərəncamına keçməyə başladı. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya hərbi məktəblərinin məzunları ilə görüşündə bildirib.
"Döyüş meydanında sınaqdan keçirilmiş yeni silahlarla yanaşı, qoşunlar dünyada analoqu olmayan S-500 hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini almağa başlayıblar", - deyə prezident bildirib.
Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin inkişaf etdirilməsi və gücləndirilməsi, ordunun ən müasir silahlarla təchiz edilməsi prioritet olacaq.
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© AFP 2024 / OLGA MALTSEVA
S-500 Prometey yeni nəsil uzunmənzilli yer-hava və yüksək hündürlükdə tutan zenit raket sistemləridir. Komplekslər təkcə ballistik deyil, həm də qanadlı raketləri, eləcə də digər hava hədəflərini tutmağa qadirdir.
S-500-lərin döyüş qabiliyyəti əvvəllər yaradılmış bütün zenit-raket sistemləri və komplekslərindən əhəmiyyətli dərəcədə üstündür.
Xatırladaq ki, bir müddət öncə Rusiya Baş nazirinin müavini Yuri Borisov da S-500 zenit raket müdafiə sistemlərinin artıq Rusiya ordusunun sərəncamına daxil edilməyə başlandığını açıqlamışdı.
Baş nazirin müavini deyib ki, Rusiya dünya silah bazarında təxminən 20%-lik paya sahibdir, ümumi sifariş portfeli təxminən 50 milyard dollardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.