İDMAN

"Qarabağ"ın oyununu ispaniyalı hakimlər idarə edəcəklər

İyulun 5-də Polşanın Poznan şəhərində keçiriləcək matç saat 22:00-də başlayacaq
Sputnik
BAKI, 21 iyun — Sputnik. UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Lex" (Polşa) – "Qarabağ" oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
AFFA-nın saytında gedən məlumata görə, oyunun baş hakimi Xose Luis Munuera olacaq. Ona həmyerliləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Xorxe Figeroa Vaskes yerinə yetirəcək.
İyulun 5-də Polşanın Poznan şəhərində eyniadlı stadionda keçiriləcək matç saat 22:00-də başlayacaq.