BAKI, 21 iyun — Sputnik, Rahim Məmmədov. Uşaqların sevimli məkanlarından biri də parklar, oradakı attraksionlardır. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə belə məkanlar çoxdur. Burada quraşdırlan qurğular bəzən əylənməyə çalışan uşaqlar üçün təhlükəli olur. Sputnik Azərbaycan xəbər verir ki, Gəncə çayının sahilində, Bayraq meydanı ərazisində quraşdırlan attraksionlardan birində baş verən qəza 12 yaşlı uşağın xəsarət alması ilə nəticələnib. 2010-cu il təvəllüdlü N.Abbasova xəstəxanaya yerləşdirlib. Uşağa tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Hadisənin baş vermə səbəblərinə gəldikdə isə sahibkar Həsən Həsənov jurnalistlərə açıqlamasında qəzanın nasazlıq səbəbindən baş verdiyini bildirib:
Gəncədək sınmış karusel
© Sputnik / Rahim Mammadov
“Hər gün attraksionların nasazlığı yoxlanılır, amma bu dəfə gözlənilməz bir hadisə olub. Belə ki, hərəkətdə olan vaqon korpusdan aralanıb və hündürlükdə deyil, aşağıda çevirilib. Uşaqda həmin hissəyə yıxlıb. Açıq-aydın görülür ki, buradan yıxılan uşaq o qədər də ciddi xəsarət ala bilməz. Bunu kimlərsə qəsdən şişirdirlər. Hazırda uşaq xəstəxanadadır. Həmin dəqiqə apardıq, “Beynəlxalq”, ardınca Mərkəzi Klinik Xəstəxanaya, xərcləri də ödənilib. Vəziyyəti normalıdır, özünüzdə maraqlana bilərsiniz. Bu attraksiona 7 yaşdan yuxarı uşaqlar minə bilər. Son olaraq deyim ki, uşaqda ciddi bir problem yoxdur, sadəcə əziklər var. Hazırda həkim nəzarəti altındadır”.
Gəncədək sınmış karusel
© Sputnik / Rahim Mammadov
Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Gəncədək sınmış karusel
© Sputnik / Rahim Mammadov