BAKI, 21 iyun — Sputnik. Filippinin yeni seçilən Prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda iyunun 21-də özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.
Bunu F.Markos iyunun 20-də, həmin ayın 30-na təyin edilən inauqurasiya mərasimi ərəfəsində bildirib.
Filippin
© H.Freitag
Filippinin yeni prezidenti bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verənlər nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir.
Problemin həllinin vacibliyini qeyd edən F.Markos, bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini bildirib.
Qeyd edək ki, Filippin prezidenti çox az hallarda özünü həm də kənd təsərrüfatı naziri təyin edir. Seçkiöncəsi kampaniya zamanı F.Markos düyünün qiymətini azı iki dəfə azaldacağını vəd etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.