CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, nəzərdə tutulmayan ərazilərdə çimmək qadağandır.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.
FHN çimərliklərlə bağlı qadağalarını açıqlayıb:
nəzərdə tutulmamış ərazilərdə çimmək;
çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
küləkli havada dənizə girmək;
çimərlikdə gecələmək,
sərxoş halda çimərlikdə olmaq;
suda kobud hərəkətlər etmək;
çimərlikdə balıq tutmaq;
xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.