AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ölkəmizdən Rusiyaya səyahət etmək istəyənlər üçün yeni giriş qaydası qüvvəyə minib

Yeni qaydalara əsasən Rusiyaya səfər etmək istəyənlər PCR test verməlidirlər.
Sputnik
BAKI, 18 iyun — Sputnik. Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydası qüvvəyə minib. Belə ki, Rusiya hökumətinin yeni qaydasına əsasən ölkəyə səyahət edən sərnişinlər PCR test verməlidirlər.
Bu barədə məlumatı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti yayıb.
Məlumatda bildirilir ki, Rusiya Federasiyası hökumətinin 2022-ci il 14 iyun tarixli 1552-р nömrəli sərəncamına müvafiq olaraq artıq bütün xarici dövlət vətəndaşları bu ölkəyə daxil ola bilərlər, bununla belə, sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində qüvvədə olan PCR testini təqdim etməlidirlər.
DÜNYA XƏBƏRLƏRİ
Artıq ABŞ-a koronavirus testi olmadan getmək olar