AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda zərərli orqanizmlərin siyahısı yenilənib

Məhdud dairədə yayılmış, ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin mövcud siyahısı yenilənib
Sputnik
BAKI, 18 iyun — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı"nda dəyişiklik edib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarda Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya Nematodlar hissəsinin əlavə edilməsi, Həşəratlar, Bakteriyalar, Göbələklər, Virus, mikoplazma və viroidlər, Alaq otları və parazit bitkilər, hissəsinə əlavə və dəyişikliklərin edilməsi və Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya isə Nematodlar, Bakteriyalar, Göbələklər, Viruslar hissəsinin əlavə edilməsi, Həşəratlar hissəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və onlarla effektiv mübarizə işlərinin daha yaxşı təşkilinə imkan yaradır.
CƏMİYYƏT
Qarabağda zərərli orqanizmlərə qarşı mübarizə aparılır