CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə yeni parlamentlərarası işçi qrup yaradılıb

Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib
Sputnik
BAKI, 17 iyun-Sputnik. Milli Məclis parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradıb.
Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması və qrupa deputat Hikmət Məmmədovun sədr təyin edilməsi təklif edilib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Ərzaq böhranı ciddi təhdiddir - DEPUTAT