QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib

Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanına direktor təyin olunub. Sözügedən hava limanına Zaur Qasımov təyin olunub
Sputnik
BAKI, 17 iyun — Sputnik. Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Zaur Qasımov Füzuli Beynəlxalq Hava Limanının direktoru təyin olunub.
Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub.
2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
TƏHSİL
Prezident Füzuli Peşə Liseyi ilə bağlı Sərəncam imzalayıb