RUSİYA

Rusiya taxıl böhranının həllinə kömək etməyə hazırdır – Peskov

Onun fikrincə, taxıl mövzusu Fransa, Almaniya, İtaliya və Rumıniya liderlərinin iştirakı ilə Kiyevdə aparılan danışıqlarda müzakirə olunacaq.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Rusiya taxıl böhranının həllinə kömək etməyə hazırdır, lakin bu məsələdə Ukraynanın mövqeyini başa düşmür. Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Biz artıq ölkəmizin bu böhranın həllinə kömək etməyə, Ukrayna limanlarından taxıl ixracını asanlaşdırmağa hazır olduğunu prezidentimiz tərəfindən bəyan edildiyini bilirik. Bizim digər fəaliyyətlərdən - türk həmkarlarımızın işindən xəbərimiz var, amma hələ də dəqiq bilmirik ki, Ukrayna bunu istəyirmi, hazırdırmı. Çünki onlar bu məsələdə susurlar”, - deyə Peskov qeyd edib.
Onun fikrincə, taxıl mövzusu Fransa, Almaniya, İtaliya və Rumıniya liderlərinin iştirakı ilə Kiyevdə aparılan danışıqlarda müzakirə olunacaq.
RUSİYA
Rusiya öz taxılını ehtiyacı olan ölkələrə tədarük etməyə hazırdır - Zaxarova