BAKI, 16 iyun — Sputnik. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moskva ilə Kiyev arasında danışıqlar prosesinin pozulmasında Ukrayna tərəfini günahlandırıb. Bu barədə TASS məlumat yayıb.
Medinski bildirib ki, bu, Pentaqon və ABŞ Dövlət Departamenti rəhbərlərinin Kiyevə səfərindən sonra baş verib.
"Mən sizə danışıqlar prosesinin necə pozulduğu barədə həqiqəti deyirəm. Bu danışıqlar Ukraynanın təşəbbüsü ilə, danışıqlar qrupları tərəfindən razılaşdırılan sənədin əldə olunması mərhələsində kəsilib", - deyə Medinski PBİF-də jurnalistlərə deyib.
Rusiya nümayəndə heyətinə rəhbərlik edən Medinskinin sözlərinə görə, danışıqlar prosesi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrinin Kiyevə səfərindən sonra kəsilib.
"Bu danışıqlar Pentaqon və ABŞ Dövlət Departamentinin rəhbərləri aprelin sonunda Ukraynaya səfər etməsindən sonra kəsilib. Belə başa düşürəm ki, məsləhətləşmələr aparılıb, sonra isə danışıqlarda fasilə verilib", - deyə Medinski əlavə edib.