BAKI, 16 iyun - Sputnik. Heydər Əliyev adına Sarayın direktoru Ramil Qasımov tutduğu vəzifədən azad olunub.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Ramil Qasımov 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunmuşdu.