HADİSƏ

FHN hindistanlı turistin axtarışı barədə məlumat yayıb - VİDEO

Mayın 13-də Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının axtarışları davam etdirilir
Sputnik
BAKI, 16 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatalada itkin düşən hindistanlı turistin axtarışı barədə məlumat yayıb.
FHN-dən verilən məlumata görə, 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.
CƏMİYYƏT
Hind turistin axtarışı zamanı Zaqatalanın kəşf edilməyən gözəllikləri ortaya çıxıb