BAKI, 14 iyun — Sputnik. Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl Bakıda "AFFFAIR by Xarıbülbül" adlı yeni kolleksiyasını təqdim edəcək.
Dəfilə "Baku Fashion Expo 2022" çərçivəsində planlaşdırılır və ilkin məlumatlara görə, iyunun 26-da baş tutacaq. Tədbir "Xiaomi" şirkətinin dəstəyi ilə Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası tərəfindən təşkil olunub.
Kolleksiyanın adı təsadüfi seçilməyib. Dizayner Azərbaycan adət-ənənələrinə və mədəniyyətinə diqqəti cəlb etməyi öz vəzifələrindən biri hesab edir, xarıbülbül çiçəyi isə ölkənin dünənini, bu gününü və gələcəyini özündə birləşdirən Qarabağın simvoludur.
Bu, Rüfət İsmayılın Azərbaycan mədəni kodlarından ilhamlanaraq müxtəlif tarixi dövrlərin üsul və texnikasına istinad etdiyi ilk kolleksiya deyil.
Belə ki, iyunun 3-də Azərbaycan paytaxtında dizayner "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury"adlı iki kolleksiyanın nümayişi keçirilib.
Təqdim olunan geyimlər Azərbaycan xalçalarının motivlərindən, zəngin rənglərindən və naxışlarından istifadə edilərək yaradılıb və Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə həsr olunub.
Rüfət ilk və indiyədək yeganə azərbaycanlı dizaynerdir. Onun kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İranda moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilib.
Türkiyə Geyim Dizaynerləri Assosiasiyası modelyeri "Türkiyənin ən yaxşı dizayneri 2018" mükafatı ilə təltif edib.